Reklam: High Technic
hightechnic

Bakıda iki evdən külli miqdarda pul və zinət əşyaları oğurlanıb

Bakıda bir küçədə yerləşən iki evdən ümumilikdə 19 100 manatlıq oğurluq edilib.

Yeniçağ.Az “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərhad Əliyevə məxsus Binəqədi qəsəbəsi, İsfahani küçəsi, ev 11 ünvanından naməlum şəxs və ya şəxslər pəncərəni açmaqla 12 600 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda, naməlum şəxs və ya şəxslər həmin küçədə 1965-ci il təvəllüdlü Rəsmiyyə Nəcəfovaya məxsus ev 32 ünvanından pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 5 800 manat pul və 700 manat dəyərində 3 ədəd qızıl üzük oğurlayıblar.

Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Yeniçağ.Az

www.yenicag.az

88