Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda “Mercedes” aşdı-Fotolar

105563_res_01Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı Davudov Ramil Ramiz oğlu idarə etdiyi 99 GL 654 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı maşınla “AB” yaşayış massivinə doğru hərəkət edərkən idarəetməni itirib və maşını aşırıb. Hadisə zamanı sürücü ilə bərabər maşında olan 21 yaşlı Quliyeva Validə Azər qızı, 31 yaşlı Hüseynov Emil Kazım oğlu və 27 yaşlı Davudov Anar Kazım oğlu xəsarət alıblar. Yaralılar əraziyə çağırılan təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıblar.

Xəstəxanadan sayta verilən məlumata görə, yaralılara vaxtında müdaxilə olunub və vəziyyətləri normaldır.

Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.

www.yenicag.az

96