Ads by Google

hightechnic
Ads by Google

13963069_719022508238056_3044879007552817838_oBakının Yasamal rayonu ərazisində yol qəzası baş verib.

Qəza rayonunu Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan “Chevrolet aveo” markalı avtomobil “Toyota Land Cruiser” markalı avtomobillə qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, “Toyota Land Cruiser” markalı avtomobil Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi Vüsal Qaraşovun xidməti avtomobilidir. Qəza baş verən zaman rəisin özü maşında olmayıb. Onun sürücüsü isə hadisə yerində xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 116
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."