Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda qardaş bacısını öldürdü - İşdən evə gec gəldiyi üçün

Bakıda bacısını öldürməkdə təqsirli bilinərək məhkum olunan Anar Məsimov Ali Məhkəməyə müraciət edib.

Yenicag.az xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası iyul ayının 9-da hakim Fərhad Kərimovun sədrliyi ilə keçiriləcək.

İttihama görə, hadisə Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi ərazisində baş verib. Bakı şəhər sakini Anar Məsimov evində münaqişə zəminində bacısı Nigarı bıçaqla qətlə yetirib.
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Məsimov tutulub.

İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isə iradlara məhəl qoymayıb.

Hadisə baş verən günü növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb. Bundan hiddətlənən qardaş mətbəx bıçağı ilə bacısına bir neçə zərbə vuraraq onu qətlə yetirib./ölkə.az/

Loading...

www.yenicag.az

866
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100