Bakının Sabunçu rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib. Yenicag.az criminal.az-a istinadən xəbər verir ki, qətl bu gün Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 49A ünvanındakı “Uğur-2” yaşayış kompleksindəki mənzildə törədilib.
Mənzildə kirayə yaşayan ana və gənc qızı naməlum şəxs tərəfindən öldürülüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.
İlkin ehtimala görə, qətli ailənin oğlu törədib.
Mərhumələrin nəşləri müayinə üçün məhkəmə-tibbi ekspertizasına aparılıb.
Qətl törədilən mənzil məmura – Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinin Rafiq adlı əməkdaşına məxsusdur. Həmin şəxsin hadisə baş verən kompleksdə bir neçə mənzili kirayə verdiyi iddia olunur.
www.yenicag.az