Bakıda Sərhəd Akademiyasında yanğın-Foto
Bu dəqiqələrdə Bakıda Sərhəd Akademiyasının binasında yanğın başlayıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Verilən məlumata görə, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən Sərhəd Akademiyasının binasında yanğın olub və ətrafı qatı tüstü bürüyüb.
Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hazırda hadisə yerinə yanğınsöndürən maşınlar göndərilib.
Hadisə barədə ətraflı məlumat verilməyib.