Bakıda yanğın: ölən var

Paytaxtda tikilməkdə olan binada yanğın olub.

Hadisə Xətai rayonu, Babək prospektində tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində orada işləyən Tovuz rayon sakini Muradxan Qarayev yanaraq ölüb.

Fakta bağlı araşdırma aparılır.

Yeniçağ.az