Bakının bu qəsəbəsi ZÜLMƏTƏ QƏRQ OLDU – Maşınlar yola “ÇIRAQ TUTUR” – VİDEO

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan sakinlər işıq dirəklərinin olmasına baxmayaraq, gecə vaxtı işıqların verilmədiyini bildirirlər. Onlar maşınların işıqları vasitəsilə yollarına çıraq tuturlar. Vay o hala ki, yolda maşın olmasın. Yolda maşına rast gəlməyən sakinlər “zülmətə” qərq olurlar. Bu da onların gecə vaxtında hərəkətlərində müxtəlif çətinliklər yaradır.

Yenicag.az Qaradağ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq problemin səbəbini və nə vaxt aradan qaldırılacağını öyrənməyə çalışıb.

Qurumdan verilən açıqlamada problemin bu gün həllini tapacağı bildirilib:

“Qeyd edilən ərazidə işıq xətləri partlayaraq sıradan çıxıb. Buna görə də qəsəbənin yolları gecə işıqsız qalıb. Hazırda ərazidə təmir-bərpa işləri gedir. Bu günün sonunda problem həllini tapacaq”.

Yenicag.az-ın əməkdaşının ərazidən çəkdiyi görüntüləri təqdim edirik:

Sadiq Cavadov