"Bitcoin"in qiyməti 103 min dolları ötüb - Kriptovalyuta bazarının son göstəriciləri

media-hightechnic-468x90

Mayın 9-də kriptovalyuta birjalarında “Bitcoin”in qiyməti artıb.

Yenicag.az xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 11:55-də “CoinMarketCap” platformasında 4.63% bahalaşaraq 103 818 ABŞ dolları təşkil edib.

Son bir gündə “Ethereum”un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 23.14% artaraq 2371 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 7,05%, BNB isə 3.39% bahalaşıb.

Qeyd edək ki, “Bitcoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa