Bakının havasında zərərli maddələr çoxdur

media-hightechnic-468x90

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Yenicag.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.4, dəm qazı 1.7, azot-4 oksidin miqdarı Gəncə şəhərində 1.2, Sumqayıt şəhərində 1.1 dəfə yüksək müəyyən edilib.

Sinoptik vəziyyətə və toz proqnoz modellərinə əsasən müşahidə olunan toz transsərhəd xarakterlidir.
Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600