Bakının mərkəzində böyük təhlükə: körpü uçmaq üzrədir - FOTOLAR

media-hightechnic-468x90

Mərkəzi Neftçilər Xəstəxanasından “28 May” küçəsi istiqamətinə gedən yolun üstündəki körpü uçma təhlükəsi ilə üzləşib.

Yeniçağ.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, sözügedən körpü sovet dönəmində inşa olunub.

Xəstəxana istiqamətindən gələn yol birtərəflidir. Ancaq körpünün dayaq sütunu yolu iki hissəyə bölür. Hazırda yolun bir hissəsi hərəkətə qapadılıb. Yaxınlıqda yaşayanların deməsinə görə, bir neçə gün əvvəl yolda qəza baş verib. “İri tonnajlı sement daşıyan “pompa” tipli yük avtomobili körpüyə çırpılıb. Hazırda körpüdə iri çat əmələ gəlib”, sakinlər belə deyib.

Sakinlər körpüdə son illərdə təmir işləri aparılmadığını bildiriblər. Körpüdə çat əmələ gəlməsindən sonra da hər hansı təmir işləri aparılmayıb. Sadəcə, körpünün uçma təhlükəsi olan hissəsi hərəkətə qapadılıb.

Məsələyə əlaqəli qurumlardan münasibət almaq, hələlik, mümkün olmayıb.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600