Bakıxanov sakinlərinin etirazına reaksiya gəldi

media-hightechnic-468x90

iiiiiiiSabunçu rayonu Bakıxanov qəsəbə sakinləri yaşayış sahələrinin sıx olduğu Məmmədhəsən Hacinski küçəsində yolun əsaslı təmir olunduqdan sonra sürət həddinin dəfələrlə aşılması və bunun insanların həyatına təhlükə yaratmasından narazdırılar.

Məsələ ilə bağlı Məmmədhəsən Hacınski küçəsində yaşayan sakinlər bildiriblər ki, yol əsaslı təmir edildikdən sonra heç bir təhlükəsizlik tədbirləri görülməyib. Hətta bu istiqamətdə təhlükəsizlik baxımından yola döşənən tramplinlər belə sakinlər tərəfindən qoyulub, ancaq bu tədbirlərin görülməsi belə hər hansı effekt verməyib.

Bakıxanov qəsəbə nümayəndəsinin müavini İlqar Süleymanov  bildirib ki, qeyd edilən yol mərkəzi yoldur və bu səbəbdən də orda hər hansı təhlükəsizlik tədbirinin görülməsi nəzərdə tutulmayıb.

İlqar Süleymanov Məmmədhəsən Hacınski küçəsinin əvvəllər yararsız halda olduğunu, əsaslı təmir olunduqdan sonra isə kifayət qədər yaxşılaşdığını qeyd etdi. Marşrut avtobuslarının bu yolda hərəkət etdiyini deyən qəsəbə nümayəndəsinin müavini vurğulayıb ki, bu istiqamətdə yola döşənən tramplinlər sakinlər tərəfindən qoyulub və bu da qeyri-qanunidir.

Qeyd edək ki, Məmmədhəsən Hacinski küçəsi bu il əsaslı təmir edilərək istifadəyə verilib. Sakinlər yolun təmir edilməsindən məmnun qaldıqlarını bildirsələr də, bu istiqamətdə qəzaların son vaxtlar xeyli artdığını bildiriblər, bunun isə məhəllə daxilində yaşayanların həyatına ciddi təhlükə törətdiyini söyləyiblər.

Xatırladaq ki, dünən Məmmədhəsən Hacinski küçəsində üç avtomobilin toqquşması nəticəsində ağır qəza baş vermişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600