Kuba BMT-dən təcili iclas keçirməyi xahiş etdi

media-hightechnic-468x90

Kuba ABŞ-nin ölkəyə qarşı tətbiq etdiyi ticarət, iqtisadi və maliyyə blokadasının yaratdığı vəziyyətlə əlaqədar iyulun 7-də BMT Baş Assambleyasının iclasının keçirilməsini istəyib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges Parrilya Havanada keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, ABŞ-nin uzun illərdir tətbiq etdiyi blokada ölkədə ağır sosial-iqtisadi vəziyyət yaradıb və bu səbəbdən məsələni BMT Baş Assambleyasının müzakirəsinə çıxarmaq qərara alınıb.

O vurğulayıb ki, Kuba ABŞ üçün heç bir təhlükə yaratmır və tətbiq olunan blokada ölkə əhalisinin rifahına zərbə vurmaqla yanaşı, regional sülhə də mənfi təsir göstərir.

Bruno Rodriges Parrilya əlavə edib ki, blokada beynəlxalq hüququn normalarına ziddir və Havana beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin bu məsələdə Kubanı dəstəkləyəcəyinə inanır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05