Azərbaycan Uşaq Avroviziya 2027-də iştirak etməyəcək
Azərbaycan 2027-ci ildə keçiriləcək Uşaq Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.
Yenicag.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq İctimai Televiziyanın (İTV) Mətbuat Xidmətinin rəhbəri Turab Teymurov məlumat verib.
“Qərar İctimai Televiziyanın cari proqram və layihə prioritetləri, eləcə də müsabiqəyə hazırlıq prosesi ilə bağlı təşkilati məsələlər nəzərə alınaraq qəbul edilib. Bununla belə, İctimai Televiziya “Uşaq Avroviziya” layihəsinə marağını qoruyur və Azərbaycanın gələcək illərdə müsabiqədə iştirak imkanını istisna etmir”, – deyə məlumatda bildirilib.













