Bakıya Fransa avtobusları gətirilir

media-hightechnic-468x90

wwww“Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Bakıya Fransadan dünyanın ən müasir, gözəl avtobusları gətiriləcək.

Gələn ilin mayına qədər bu avtobusların şəhərin mərkəzi küçələrində xəttə buraxılması nəzərdə tutulur”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov deyib.

H. Abutalıbov bildirib ki, Fransa prezidentinin mayın 11-12-də Azərbaycana baş tutacaq səfəri çərçivəsində bununla bağlı müqavilə imzalanacaq.

Bakı meri qeyd edib ki, Bakının bütün ərazisində həmin avtobuslardan istifadə olunması nəzərdə tutulur:

“Çünki çox rahatdır. Hətta əlillərin istifadəsi üçün də şərait var. Gediş haqqı tam avtomat şəraitində ödəniləcək, pul birbaşa banka köçürüləcək”(teleqraf.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600