Reklam

Reklam

16
Balakəndə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Balakən Rayon Mərkəzi xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, sentyabrın 3-dən 4-ə keçən gecə rayonun Qazma kənd sakini, 1986-cı il təvəllüdlü Elnar Xalahacı oğlu Xanlayev avtomobil vurması nəticəsində aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkimlərin səyinə baxmayaraq 30 yaşlı Elnar Xanlayevin həyatını xilas etmək mümkün olmayıb. Elnar Xanlayev bu gün səhər saat 06 radələrində xəstəxanada keçinib.

Balakən rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, rayonun Tülü kənd sakini 1964-cü il təvəllüdlü Elxan Yunus oğlu Yunusof idarəetdiyi “VAZ 21010” markalı 08 BD 673 dövlət nömrə nişanlı avtomobillə Qazma kəndi ərazisində hərəkətdə olarkən yolu keşmək istəyən piyada Elnar Xanlayevi vurub.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 182
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."