Baltik dənizindən keçən sualtı elektrik xətti sıradan çıxdı

media-hightechnic-468x90

Polşa və İsveçin enerji sistemlərini birləşdirən sualtı elektrik xəttinin işi texniki nasazlıq səbəbindən müvəqqəti olaraq dayanıb.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, bu barədə “Polşa Elektrik Şəbəkələri” şirkəti məlumat verib.

“Aşkarlanmış nasazlıq səbəbindən Polşa-İsveç elektrik xəttinin işi müvəqqəti olaraq dayandırılıb. İlkin qiymətləndirməyə görə, bu hadisə heç bir “təxribatın” nəticəsi deyil”, – bəyanatda deyilir.

Qeyd olunub ki, sistemdə fasilə fevralın 11-də yaranıb. Xəttin işə qoşulmasının 13-14 fevral tarixləri arasında gecə saatlarında başa çatdırılması gözlənilir.

Uzunluğu 200 km-dən çox olan “SwePol Link” yüksəkgərginlikli kabeli Baltik dənizinin dibi boyunca uzanır. Bu infrastruktur Polşanın Slupsk şəhəri yaxınlığındakı yarımstansiya ilə İsveçin Karlshamn şəhəri yaxınlığında yerləşən elektrik stansiyası arasında enerji bağlantısı təmin edir./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05