Barak Obama bəyanat verdi

media-hightechnic-468x90
plABŞ prezidenti Barak Obama Ukraynada keçirilən prezident seçkiləri başa çatan kimi bəyanatla çıxış edib.

Ağ Evin yaydığı bəyanatında B. Obama prezident seçkilərində səs verən Ukrayna xalqını bütün amerikalıları adından təbrik edib:

“Təxribat və zorakılıqlara baxmayaraq, milyonlarla ukraynalı bütün ölkə üzrə seçki məntəqələrinə gəlib. Hətta Rusiyanın dəstəklədiyi separatçı qrupların bütöv regionları vətəndaş hüquqlarından məhrum etməyə cəhd göstərdiyi şərqi Ukraynanın bəzi hissələrində bir çox mərd ukraynalı səs verə bilib. Bu seçkilər Ukrayna hökumətinin öz vətəndaşlarını cəlb etməklə ölkəni birləşdirmək səylərində daha bir vacib addım oldu. Birləşmiş Ştatlar vacib siyasi və iqtisadi islahatların keçirilməsində Ukraynaya dəstək olmaq üçün yeni prezidentlə, eləcə də demokratik yolla seçilmiş parlamentlə birgə işi səbirsizliklə gözləyir. Biz Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləməyə davam edərək Rusiyanın Krımın ilhaqı istiqamətində siyasətini rədd edirik və problemin dinc yolla həllini tapmaq üçün həm Ukrayna, həm də digər tərəfdaşlarımızla birgə çalışmağı özümüzə borc bilirik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600