Baş nazirin uğursuz “LEVİNSKİ ZARAFATI”: Hökumət başçısı üzr istəməli oldu

media-hightechnic-468x90

İrlandiyanın Baş naziri ABŞ-də etdiyi uğursuz zarafata görə üzr istəmək məcburiyyətində qalıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, ABŞ-də səfərdə olan İrlandiyanın Baş naziri Leo Varadkaru Vaşinqtondakı Kapitoli zirvəsində təcrübə keçənlərin qarşısında çıxışı zamanı öz zarafatı ilə auditoriyanı əyləndirməyə çalışıb.

Varadkaru bildirib ki, o, ABŞ-nin eks-prezidenti Bill Klintonun ikinci iqtidar dönəmində Vaşinqtonda staj keçib. Baş nazir bu zaman Klintonla Monika Levinski arasında baş vermiş seks qalmaqalına işarə vuraraq zarafatla belə deyib:

“Bu, o dönəm idi ki, valideynlər Vaşinqtondakı uşaqlarının başına gələ biləcək hallarla bağlı narahatlıq keçirirdilər”.

Lakin daha sonra zarafatın uğursuz olduğunu fərq edən Varadkaru geri addım ataraq, uğursuz zarafatına görə üzr istəməli olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600