Baş verən qəza yolda sıxlığa səbəb oldu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb. Hadisə səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.