Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Batumiyə avtobusla gedənlərə - Şad xəbər

İyulun 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.

Avtovağzal Kompleksindən Yenicag.az-a verilən məlumata görə, avtobusların yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə – Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 09:00-dur. Avtobusların Batumidən yola düşmə vaxtı isə 3, 5, 7-ci günlər saat 10:00-da olacaq.

Gediş qiyməti 40 manat təşkil edir. 5 yaşına qədər uşaqlara bilet pulsuzdur, 10 yaşına qədər uşaqlar üçün biletin 50 faizi dəyərindədir.

Sərnişin sıxlığı çox olarsa, avtobuslar hər gün reysə çıxa bilər.

Avtobuslar kondisioner və “wi-fi” sistemi ilə təchiz olunub.

Sərnişinlərə biletləri əvvəlcədən almaları tövsiyə olunur. Biletləri 10 gün öncədən Avtovağzalın qabaqcadan satış kassalarından və ya onlayn qaydada əldə etmək olar.

Sərnişinlərin yol boyu çay və qəhvə ilə təmin olunması nəzərdə tutulub.

Əlaqə üçün: (012) 406 01 58, (012) 406 01 59

Loading...

www.yenicag.az

1435
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100