Baydenlə Zelenskinin telefon danışığı oldu

media-hightechnic-468x90

ABŞ prezidenti Co Baydenlə ukraynalı həmkarı Volodimir Zelenskinin telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb. Bildirilir ki, telefon danışığı zamanı F-16 qırıcı-bombardmançılarının Kiyevə təhvil verilməsi və Ukrayna Silahlı Qüvvələrinin pilotlarına təlim keçirilməsi məsələləri müzakirə edilib.

“Prezidentlər Bayden və Zelenski ukraynalı qırıcı pilotlar üçün təlimlərə başlamaq və Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün təlimlər başa çatdıqdan sonra digər dövlətlərə öz F-16-larını mümkün qədər tez Ukraynaya təhvil vermələrini müzakirə ediblər”, – deyə sənəddə deyilir.

Qeyd olunur ki, Bayden ABŞ-nin Ukraynanın müdafiəsini dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib və Zelenskini Ukraynanın Müstəqillik Günü münasibətilə təbrik edib./unikal.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600