Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bərdə sakinlərindən “patı” və heroin götürüldü

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev saxlanılıb.

Ondan satış məqsədi ilə əldə etdiyi külli miqdarda “patı” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir rayon sakini Qalib Abbaszadə saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.

www.yenicag.az

166
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100