Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah dumanlı hava şəraiti ilə əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Oktyabrın 9-da əsasən gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-800 metrədək məhdudlaşacağı ehtimalı var.