Bakıda partlayıcı vasitələrin satıldığı anbar aşkarlandı - VİDEO
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin paytaxt ərazisində topdan satışının qarşısı alınıb.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən 1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb.
Həmin ticarət mərkəzində və Suraxanı rayonunda yerləşən, E.Hüseynovun istifadəsində olan anbarlardan yüksək səs, həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr aşkarlanıb. Araşdırma aparılır.
Polis əməkdaşları tərəfindən partlayıcı vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.












