Biləcəridə silahlı insident baş verdi
İyulun 12-də Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Fərid Həsənova və qardaşı Şəhriyara bıçaqla xəsarət yetirib. F.Həsənov hadisə yerində ölüb, Şəhriyar isə xəstəxanaya yerləşdirilib.
Rəsmi məlumatda Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Samur Həsənovun tutulduğu bildirilir.
Biləcəri qəsəbəsi, “Meydan” kimi məşhur olan ərazidə, gecə saat 04:00 radələrində boks idmanı ilə məşğul olan şəxslər arasında dava düşüb. 1978-ci il təvəllüdlü Samur Həsənov mübahisə nəticəsində 1981-ci il təvəllüdlü Fərid Həsənov və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovu vurub. Samur Həsənov əvvəlcə Fərid Həsənovu boynundan tapança ilə güllələyib. Daha sonra qardaşı Şəhriyar Həsənovu qarnından bıçaqlayıb.
Qeyd edilir ki, hər üç şəxs Biləcəri meydanındakı idman zalında məşq edirmişlər. Qardaşlarla Samur Həsənov arasında həmişə narazılıq olurmuş. Sonradan ortada söyüş söyüldüyü üçün münasibətlər daha da kəskinləşib. Onlar münasibətlərinə aydınlıq gətirmək üçün gecə saatlarında görüşüblər. Tərəflər yenə də ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən əlbəyaxa dava düşüb. Dava zamanı Samur Həsənov gəzdirdiyi silahdan istifadə edib.