Biləsuvarda 4 otaqlı ev yandı

Biləsuvarda yanğın qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyininə istinadən xəbər verir ki, Biləsuvar rayonunda ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının döşəməsi və ev əşyaları 3 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.