Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Biləsuvarda narkotik tərkibli bitki becərən şəxs saxlanılıb

Biləsuvarda fərdi evin həyətində narkotik tərkibli bitkilər aşkar edilib.

Yenicag.Az-ın “APA”ya istinadən verdiyi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yaşadığı evin həyətində narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb.

Rayonun Günəşli kənd sakini Adil Qarayevin atasına məxsus evin həyətində gizli şəkildə xaşxaş kolu becərdiyi məlum olub. Polis hadisə yerinə baxış keçirərkən bağda qamışla əhatə olunmuş ərazidə 59 ədəd aqrotexniki qaydada becərilmiş xaşxaş kolu aşkarlanıb.

Saxlanılan A. Qarayev narkotik tərkibli bitkiləri özü üçün əkdiyini bildirib. Onun yaşadığı evə baxış keçirilərkən orada bankada qurudulmuş narkotik tərkibli bitki aşkarlanıb.

Qeyd edək ki, A. Qarayev əvvəl məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırıma aparılır.

Yenicag.Az

www.yenicag.az

615
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100