Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Binəqədidə 30 yaşlı qadını bıçaqladılar

Binəqədi rayonunda parkda 30 yaşlı qadını bıçaqladılar.

Yeniçağ.Az xəbər verir ki, hadisə Azadlıq metrosunun yaxınlığında yerləşən parkda qeydə alınıb. Parkda 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı naməlum şəxs tərəfindən bıçaqlaqnıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib.

Əməliyyat olunan yaralının vəziyyəti yaxşılaşandan sonra polisə ifadə verib. Samirə Məhərrəmova ifadəsində bildirib ki, park ərazisində gəzən zaman naməlum bir şəxs yaxınlaşaraq ondan pul tələb edib. O, pulunun olmadığını deyən də həmin şəxs onu bıçaqla vurub və daha sonra çantasınıda əlindən alaraq qaçıb. Faktla əalqədar cinayət işi başlanıb.

Araşdırmalar aparılır.

Yeniçağ.Az

www.yenicag.az

296