!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-dən Mursi qərarı: "Ölüm ciddi araşdırılsın" - Cinayət izi varmı?

!Reklam – Yazi

Birləşmiş Millətlər Təşkilatı Misirin ilk demokratik yolla seçilmiş ilk pezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı açıqlama yayıb.

Yenicag.az xəbər verir ki, açıqlamada ölümün detalları və səbəbi ilə bağlı ciddi araşdırma tələb edilib.

“Mursinin ölümü müstəqil şəkildə, bütün detalları ilə araşdırılmalıdır” – deyə, açıqlamada bildirilib.

Məhəmməd Mursi 2011-ci ildə başlamış və Misirin keçmiş diktatoru Hüsnü Mübarəkin devrilməsi ilə nəticələnən xalq hərəkatının ardından 2012-ci ildə demokratik yolla prezient seçilmişdi.

Daha sonra, Mursi, 3 İyul, 2013-cü ildə Müdafiə Naziri Abdülfəttah Sisi tərəfindən həyata keçirilən qiyam ilə evində saxlanılmışdı.

Məhkəmələrdə şüşə barmaqlıqlar arasında iştirak edən Mursi “cəsusluq”da ittiham edilirdi. Mursi 16 iyunda vəfat edib.

Misir dövlət televiziyası isə ölümün ürəktutmasından olduğunu iddia edir: “Onun sağlığı ilə bağlı müntəzəm yoxlamalar aparılıb. Heç bir şikayyəti olmayıb. Sadəcə ürəktutması səbəbiylə həyatını itirdi! – deyə, televiziyadan xalqa açıqlama verilib.

Qeyd edək ki, Müsəlman Qardaşlar Təşkilatı Mursinin qəsdən pis şəraitdə saxlanıldığını və nəticədə sağlamlığında problemlər yarandığı üçün öldüyünü iddia edərək BMT-yə bu ölümü araşdırmaq üçün müraciət edib.

www.yenicag.az

1164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv