BMT-nin Baş katibi: “Müharibəyə son qoymağın vaxtıdır” 

media-hightechnic-468x90

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynada hərbi əməliyyatları dayandırmağa və dərhal danışıqlara başlamağa çağırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, onun fikrincə, diplomatik tərəqqinin elementləri indi bir neçə əsas məsələdə görünür: “Hazırda döyüşləri bitirmək və ciddi danışıqlara başlamaq üçün masanın üzərinə kifayət qədər sənədlər var. Bu müharibəni udmaq mümkün deyil. Gec-tez döyüş meydanından danışıqlar masasına keçilməli olacaq”.

BMT-nin baş katibi bildirib ki, Ukraynada müharibənin davam etdirilməsi mənəvi cəhətdən qəbuledilməzdir, siyasi baxımdan bağışlanmaz və hərbi baxımdan mənasızdır: “İstənilən ölçüdə – hətta ən ağıllı hesablama ilə belə hərbi əməliyyatları dayandırmağın və sülhə şans verməyin vaxtıdır. Bu dəhşətli absurd müharibəyə son qoymağın vaxtıdır”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05