Əməkdar artist: "İstedadlı insan heç vaxt "mənəm-mənəm" demir"

media-hightechnic-468x90

 

media-banner_tkm

“İstedadı olan insan heç vaxt özünü gözə soxmur, “mənəm-mənəm” demir, başını aşağı salıb işini görür”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Əməkdar artist Rəhman Rəhmanov deyib.

Aktyor sənət cameəsində tanınmaq və sevilmək üçün istedadlı olmağı birinci şərt kimi dəyərləndirib:

“İstedad Allah vergisidir, heç vaxt itib-batmır. İstedadı olan insan heç vaxt özünü gözə soxmur, “mənəm-mənəm” demir, başını aşağı salıb işini görür. Amma istedadsız insan digər “xüsusiyyət”lərindən istifadə edib qabağa getməyə çalışır, özünə yer etmək üçün dəridən-qabıqdan çıxır. O, kiminsə hesabına öndə ola bilər, amma tamaşaçının gözü tərəzidir. Tutalım, “dayı” hesabına lap yüksək kateqoriyalı aktyor olub, baş rolda oynayır, amma tamaşaçı önündə səhnəyə çıxanda nəyə qadir olduğu görünəcək. Yəni sənət cameəsində istedad mütləqdir”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05