Dünyanın ən böyük beynəlxalq dəniz təlimi başladı
ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı altında dünyanın ən böyük beynəlxalq dəniz təlimi olan RIMPAC 2026 Havay yaxınlığındakı Sakit Okeanda başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanması məlumat yayıb.
Ayın sonuna qədər davam edəcək təlimlərdə 30 ölkənin donanması, 31 yerüstü gəmi, 5 sualtı qayıq, 197 təyyarə və 1100 dəniz piyadası da daxil olmaqla 30.000 hərbi qulluqçu iştirak edir.
Təlim komandiri ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Ceffri Kablonun sözlərinə görə, iştirakçılar sualtı qayıqlara qarşı müharibə və hava hücumundan müdafiə əməliyyatları, desant qoşunları, sahil minalarının təmizlənməsi, humanitar yardım, fəlakətlərin aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatları üzrə məşqlər edəcəklər.
Vitse-admiral bildirib ki, bu tipik RIMPAC əməliyyatları ilə yanaşı, təlimə pilotsuz sistemlərdən istifadə etməklə 30-35 təcrübə də daxil olacaq./Trend/













