Oman körfəzində gəmiyə mərmi atıldı

media-hightechnic-468x90

Oman körfəzində yük gəmisi mərmi zərbəsinə məruz qalıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) saytındakı bəyanatda bildirilib.

“Yük gəmisi naməlum mərminin zərbəsinə məruz qalıb, bu da zədələnməyə səbəb olub”, – bəyanatda qeyd olunub.

Britaniyanın dəniz idarəsi bildirib ki, hadisə Omanın Dahit bölgəsindən 7,5 dəniz mili (13,89 kilometr) cənub-şərqdə baş verib.

Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan yoxdur və ətraf mühitə ziyan dəyməyib.

UKMTO bu ərazidəki gəmilərə keçid zamanı ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05