!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bölgədəki gərginliyin Azərbaycana təsiri və Əliyev narahatlığı – Şərh

!Reklam – Yazi

39867Elşən Manafov: “İlham Əliyevin Türkiyə-Rusiya və İran-Səudiyyə Ərəbistanı arasındakı gərginlikdən ölkəmizin də narahat olması barədə açıqlaması Azərbaycanın regional dövlət olaraq milli təhlükəsizlik maraqları ilə əlaqədardır”

Xəbər verildiyi kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin keçən ilin yekunlarına dair iclasında beynəlxalq məsələlərə də toxunaraq 2015-ci ildə Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən və bu fonda vəziyyətin arzuedilən olmamasından, son vaxtlar isə İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin gərginləşməsindən də ölkəmizin narahat olduğunu, bu vəziyyətin müsəlman aləmində baş verən hadisələrə təsir göstərdiyini diqqətə çatdırıb.
Görəsən, sözügedən qarşıdurmalar nədən Azərbaycan üçün də narahatedicidir?

Politoloq Elşən Manafov Yenicag.az-a açıqlamasında Azərbaycanın bu narahatlılığını ölkəmizin milli təhlükəsizliyilə bağlı maraqlarından irəli gəldiyini söylədi: “Prezident İlham Əliyevin Türkiyə-Rusiya və İran-Səudiyyə Ərəbistanı arasındakı gərginlikdən ölkəmizin də narahat olması barədə açıqlaması Azərbaycanın regional dövlət olaraq milli təhlükəsizlik maraqları ilə əlaqədardır. Regionda baş verən hadisələr bu və ya digər mənada Azərbaycana da təsirsiz ötüşmür. Onsuz da Moskvanın Qərblə qarşıdurması və ikincinin birinciyə tətbiq etdiyi sanksiyalar Rusiyada rublun çökməsilə bahəm, MDB məkanında da ayrı-ayrı dövlətlərin valyuta məzənnəsini yetərincə aşağı saldı. Azərbaycan da bu baxımdan istisna deyil. Bu da artıq Azərbaycanın iqtisadi-maliyyə pul siyasətinə ciddi bir zərbədir. Türkiyənin regional dövlət olaraq Əl-Riyadla Tehran arasında güclənməkdə olan qarşıdurmada öz maraqları var, bunu da etiraf etmək lazımdır. Ərdoğanın Səudiyyə Ərəbistanına olan məlum səfərindən sonra Əl-Riyadın Tehranla münasibətlər gərginlik istiqamətində artmaqda davam edir. Ərdoğanın maraqlı açıqlaması oldu ki, niyə İran rəsmiləri bir şiə aliminin edam edilməsinə bu cür kəskin münasibət bildirir, amma Suriyada 400 mindən artıq müsəlman qırılsa da, buna göz yumurlar. Hər halda Suriyada baş verən qətliamlarda bu və ya digər mənada İranın da rolu vardır. Rusiya-Türkiyə münasibətlərində yaşanan gərginlik şəraitində də Azərbaycan bəyan etdi ki, bu gərginliyin aradan qaldırılması üçün vasitəçi qismində çıxış edə bilər. Bütün hallarda bölgədə güclənməkdə olan gərginlik humanitar fəlakətin yaxınlaşmasından xəbər verir. Digər tərəfdən, yaşanan gərginlik ölkəmizin maliyyə-pul siyasətinə də ciddi təsir edir. Dolayısı ilə Azərbaycanın da maliyyə durumuna ciddi təsir edib. Yəməndə baş verən hadisələr, İran rəsmilərinin gözü qarşısında Səudiyyə Ərəbistanının bu ölkədəki səfirlik binasının yandırılması, İranın Yəməndəki səfirliyinin bombalanması bölgə dövlətləri arasında münasibətlərin daha çox dərəcədə gərginləşməsinə xidmət edir. Ancaq hər halda Səudiyyə və İran arasındakı münasibətlər azacıq da olsa dünya bazarında neftin qiymətinin artmasıan təsir göstərdi. Amma dərhal yenidən bu qiymətlər aşağı endi. Heç şübhəsiz ABŞ-ın bölgə ilə bağlı oyunlarının arxasında duraraq onu idarə edən tərəfdir. Çünki ABŞ-ın İranla münasibətlərində müəyyən problemlərin aradan qaldırılması Əl-Riyadı narahat etdi. Bölgədəki gərginliyin məzhəb kontekstində qarşıdurmaya sürüklənməsi fonunda məhz ABŞ-ın yeni dünya nizamı ilə bağlı planlarının həyata keçirilməsinə çalışırlar. Bu şəraitdə Azərbaycan hökumətinin manevr etmək üçün imkanları da məhdudlaşır. Güman edilir ki, Azərbaycan prezidentinin Vaşinqtona ola biləcək qarşıdakı səfərindən sonra balanslaşdırılmış xarici siyasətin hansı həddə qədər həyata keçiriləcəyilə bağlı məsələ ətrafında artıq konkret fikir söyləyə biləcəyik. Hər halda regional məngənə sıxılmaqdadır. Güman edirəm ki, bu şəraitdə Azərbaycan hərbi və iqtisadi təhlükəsizlik doktrinası ilə bağlı məsələlərə yenidən baxmalıdır”.

ELÇİN

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv