!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BP: 2030-cu ilədək neftin əsas istehlakı kimya sektoruna keçəcək

!Reklam – Yazi

“Neftə tələbat getdikcə daha yavaş templə artır. 2030-cu ilə qədər neftin əsas istehlak sahəsi isə nəqliyyatdan kimya sektoruna keçəcək”.

“Report”, “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu barədə BP şirkətinin “Energetika sektorunun perspektivlərinin proqnozu” adlı hesabatında bildirilir.

Hesabata əsasən, 2035-ci ilə qədər enerji daşıyıcılarına tələbat inkişaf etməkdə olan ölkələrdə rifah səviyyəsinin artması səbəbindən 30% yüksələcək, amma bunun bir hissəsi enerji effektivliyinin artması ilə kompensasiya ediləcək. Orta hesabla enerji daşıyıcılarına tələbat ildə 1,3% artacaq. Bu isə dünya iqtisadiyyatının 3,4%-lik orta artım tempi proqnozundan xeyli aşağıdır. Bu da öz növbəsində enerji effektivliyinin artması ilə izah olunur.

Texnikanın inkişafı, ekologiyaya baxışın dəyişməsi enerji daşıyıcılarına tələbatın strukturunu dəyişsə də, 2035-ci ilə qədər neft, qaz və kömür əsas enerji mənbələri olaraq qalacaq. Dövr ərzində qaz istehlakı neft və kömürdən daha sürətlə artacaq. Bu da nəticədə maye qazın inteqrasiya olunmuş qlobal bazarının yaranmasına səbəb olacaq. Bazarda qiymətlərin formalaşması isə ABŞ-dakı qiymətlərə bağlı olacaq. Belə ki, qaz təklifindəki artımın 2/3 hissəsi məhz ABŞ-ın şist qaz hasilatının payına düşür.

Yenicag.Az

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv