!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BP-də kütləvi ixtisar

!Reklam – Yazi

bpp3Böyük Britaniyanın neft-qaz şirkəti BP qarşıdakı iki il ərzində fəaliyyət göstərdiyi bəzi ölkələrdə kəşfiyyat və hasilat sahəsində 4 min iş yerini ixtisar edəcək.

Bu barədə BP-nin yaydığı məlumatda qeyd olunub.

Şirkətdən bildirilib ki, Anqola, Azərbaycanda, eləcə də Meksika körfəzi və Şimal dənizində kəşfiyyat və hasilatla məşğul olan 24 min işçidən 4 mini ixtisar olunacaq.

Məlumata əsasən, 2017-ci ilin dekabr ayına kimi davam edəcək ixtisarlara səbəb kimi tələbatın az olması səbəbindən neftin qiymətinin aşağı olması, dolların mökəmlənməsi və ehtiyatların artması ilə izah olunur. “Bütün bu amillər daha rəqabət qabiliyyətli olmağı və iqtisadi vəziyyətin çətinliyini etiraf etməyi şərtləndirir. Biz uzun müddət əvvəl neftin qiymətinin aşağı düşməkdə davam edəcəyini gözlədiyimizi bəyan etmişdik və görünən odur ki, bu proqnoz özünü doğruldur”, – deyə məlumatda vurğulanıb.

Məlumata görə, BP-nin Azərbaycan nümayəndəliyinin 50-yə yaxın əməkdaşı işdən azad olunub. Bu barədə işdən çıxarılan əməkdaşlar məlumat verib.

“BP-Azərbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı isə bu məlumatı təkzib edib və faktı təsdiqləməyib.(APA)

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv