Britaniya hipersəsli raketlərin hazırlanması üçün yarım milyard dollar ayırdı

media-hightechnic-468x90

2026-cı ildə Böyük Britaniya hökuməti Avropadakı müttəfiqləri ilə sıx əməkdaşlıq şəraitində yüksək əqiqlikli silah növlərinin yaradılmasına 400 milyon funt sterlinq (təxminən 545 milyon dollar – red.) sərmayə qoymaq niyyətindədir.

media-banner_tuq

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu məlumat Britaniya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında əksini tapıb.

Sənəddə vurğulanır ki, London “Storm Shadow” raketlərini əvəzləyəcək növbəti nəsil silahların hazırlanması prosesinə rəhbərlik edərək, Fransa və İtaliya ilə birlikdə “Stratus” raket layihəsini fəal şəkildə inkişaf etdirir. Perspektivli döyüş sursatları düşmənin strateji əhəmiyyətli obyektlərini, o cümlədən dəniz gəmilərini və hava hücumundan müdafiə komplekslərini məhv etməyə yönəldiləcək.

Bundan əlavə, nazirliyin məlumatına görə, Britaniya tərəfi Almaniya ilə tərəfdaşlıq çərçivəsində uzaqmənzilli silah istehsalı proqramı üzərində işləyir.

“Deep Precision Strike” adlanacaq sistemin 2 000 km-dən artıq uçuş məsafəsinə malik olacağı və qoşunların ixtiyarına qəbulu isə 2030-cu illərdə proqnozlaşdırılır./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05