!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu abituriyentlər imtahana niyə buraxılmır? - Şikayətə rəsmi CAVAB

!Reklam – Yazi

18 yaşı 01 may-30 iyul tarixlərində tamam olan çağırışçıların ali məktəblərə imtahan vermələri niyə mümkün deyil?

Valideynlər yaranmış vəziyyətlə bağlı şikayətlərini bildirirlər.

Əldə etdiyimiz məlumata görə, bir neçə rayon çağırış komissiyalarında mübahisələr də yaranıb. Vətəndaşlar övladlarının ali məktəblərə imtahan vermək hüququnun pozulmamasını tələb etsələr də, çağırış komissiyaları bu məsələdə qanuna əsaslandıqlarını bildirirlər.

Yaranmış vəziyətlə bağlı Yenicag.az Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ilə müraciət edib. Qurumdan cavab olaraq bildirilib ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, vətəndaşlara ümumi təhsil müəssisəsini bitirdiyi ildə ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün müvafiq şərait yaradılır və heç bir məhdudiyyət tətbiq olunmur:

“Ümumi təhsil müəssisələrini əvvəlki ildə bitirmiş və 18 yaşı 01 may – 30 iyul tarixlərində tamam olan çağırışçıların müsabiqədə iştirakına müəyyən şərtlər daxilində icazə verilir. Belə ki, bu kateqoriyadan olan çağırışçıların yalnız sağlamlıq və ya ailə vəziyyətinə görə möhlət hüquqları olduğu halda müsabiqədə iştirak edə bilmələri üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 fevral 2017-ci il tarixli 39 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 2.1.4-cü bəndində qeyd olunan sənədlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən müəyyən olunmuş qaydada müvafiq qeydlər aparılır”.

Xidmətdən o da bildirilib ki, möhlət hüququ olmayan bu kateqoriyadan olan çağırışçıların müsabiqədə iştirak etmələri mümkünsüzdür:

“Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqənin nəticələri avqust ayında rəsmi elan olunur. Lakin ümumi təhsil müəssisələrini əvvəlki ildə bitirmiş və 18 yaşı cari ilin 01 may-30 iyul tarixlərində tamam olan çağırışçılar “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələblərinə əsasən, iyul çağırışına cəlb edilirlər. Çağırışa cəlb edilmiş hər bir çağırışçı barədə iyul ayının 30-dək həmin Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olaraq rayon (şəhər) çağırış komissiyaları tərəfindən qərar verilməlidir. Bununla əlaqədar möhlət hüququ olmayan bu kateqoriyadan olan çağırışçıların müsabiqədə iştirak etmələri mümkünsüzdür. Belə ki, imtahanların nətəcələrinin məlum olma tarixinin iyul çağırışı bitdiyi dövrə təsadüf etdiyini nəzərə alaraq, bu çağırışçılar barədə qanunvericiliyin tələblərinə uyğun qərar verilməsi mümkün olmur və bu da öz növbəsində çağırışdan yayınma hallarının yaranmasına səbəb olur”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

7925
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv