Bu ərazidə suyun verilməsində fasilə yaranacaq
Magistral su kəmərinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar görüləcək işlər çərçivəsində Sumqayıt şəhəri, Abşeron və Qaradağ rayonlarının bir hissəsinə 22.02.2026-cı il tarixində saat 22:00-dan, 24.02.2026-cı il tarixində gecə saatlarınadək suyun verilməsində fasilə yaranacaq.
Yenicag.az-a bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Qeyd edilib ki, həmin müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.
Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk.













