Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu fənlər üzrə MİQ vakansiya seçiminin nəticələri elan edildi

Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, müsabiqənin vakansiya seçimi mərhələsində iştirak etmiş namizədlər şəxsi səhifələrinə daxil olaraq nəticələrlə tanış ola bilərlər.

10-13 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1599 namizəd uğur qazanaraq müsahibə mərhələsində iştirak hüququ əldə edib. Namizədlərin şəxsi səhifələrində müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumatlar qeyd olunub.

Qeyd edək ki, müsahibələrdə iştirak edəcək namizədlər üçün müsahibə mövzuları saytda yerləşdirilib.

www.yenicag.az

203
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100