Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu gün bıçaqladı, sabah baş kəsəcək - Qanlı olayla bağlı SOS - VİDEO

“Qardaşını bıçaqladı, atasının başını kəsdi, anasını doğradı…”

Son vaxtlar sosial mediada bu cür xəbərlərin sayı durmadan artmaqdadır. Ötən həftə Nizami metrosunda 22 yaşlı gəncin ürəyindən bıçaqlanaraq öldürülməsi də gündəmin əsas mövzularından birinə çevrildi.

Yeniyetmə və gənclər niyə bu qədər aqressivləşib, onları qanlı hadisələr törətməyə vadar edən hansı səbəblərdir? Cəmiyyətdə bu faciələr hansı fəsadlara yol aça bilər?

Yenicag.az-ın suallarını şərh edən tanınmış sosioloq Əhməd Qəşəmoğlu bu cür halların qarşısı alınmazsa, daha qorxunc hadisələrlə nəticələnəcəyini proqnozlaşdırıb:

“Bu gün dostuna bıçaq çəkən, sabah qardaşını da bıçaqlayacaq. Bıçağı ürəyə sox, ya baş kəs, eyni şeydir. Bu gedişlə cəmiyyəti daha qorxunc hadisələr gözləyir. Ölkədə kriminal vəziyyət, narkotikaya aludəçilik, oğurluq halları artar, küçəyə sərbəst çıxa bilməzlər, onlara qəfil basqı ola bilər. Ən qorxulusu isə budur ki, Azərbaycanı istəməyən qüvvələr kriminal elementlərdən istifadə edə bilərlər. Çünki onlar qana öyrəşmiş adamlardır”.

Sosioloq çıxış yollarını da göstərib:

“Əvvəllər yeni nəsli yetişdirmək üçün ailə, məktəb, cəmiyyət – üçü vəhdət halında yeni nəslin formalaşmasına kömək edirdi. İndi isə ailələrdə və cəmiyyətdə həddən artıq gərginlik var. Mənəvi dəyərlər azalıb. Televiziyalar maarifləndirmə işini gücləndirməlidir. Elmi əsaslarla qurulan fəaliyyət proqramına ehtiyac var”.

Cəvahir

Loading...

www.yenicag.az

11479
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100