Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu gün dünya informasiya günüdür

26 noyabr dünyada informasiya günü kimi qeyd edilir.

Yenicag.az-ın məlumatına görə, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnfomasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə qeyd olunan bu gün İKT sahəsində çalışanların peşə bayramıdır.

İnformasiya insanlar arasında şifahi, yazılı və ya hər hansı digər formada ötürülən məlumatdır. Bəşər tarixində informasiya həmişə mühüm əhəmiyyət kəsb edib. XX əsrin ortalarından başlayaraq, sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində informasiyanın rolu daha da artıb.

Qloballaşan dünyada informasiyanın mahiyyəti və müasir sivilizasiyanın inkişafında rolu, informasiya və informasiyalaşdırma prosesinin xüsusiyyətləri, informasiya cəmiyyətinin formalaşması mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir.

Xatırladaq ki, 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə I Beynəlxalq İnformasiyalaşdırma Forumu keçirilmişdir. Tədbirdə ənənəvi olaraq hər il 26 noyabr tarixində Ümumdünya İnformasiya Gününün qeyd olunmasına dair qərar qəbul olunmuşdur. Bu əlamətdar gün rəsmi olaraq 1994-cü ildə YUNESKO tərəfindən qeydiyyata alınıb.

 

www.yenicag.az

5703
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100