Marko Rubio Qəzzadakı atəşkəsdən DANIŞDI: “Bir də məyus olmaq istəmirəm”

media-hightechnic-468x90

ABŞ dövlət katibi Marko Rubio Qəzzadakı “müharibənin başa çatması” ilə bağlı tezliklə əhəmiyyətli irəliləyişin əldə olunacağını vurğulayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Dövlət katibi sözügedən məsələ haqqında ABŞ Nümayəndələr Palatasının Təminatlar Alt Komitəsində Dövlət Departamentinin 2026-cı il üçün büdcə tələbi ilə bağlı keçirilən iclasda çıxışı zamanı bildirib.

“Son aylarda 4 dəfə bu məsələ ilə bağlı ümid daşımışam, amma hər dəfə son anda bütün ümidlərim puç oldu. Bir də məyus olmaq istəmirəm. Hazırda daha çox humanitar yardım göstərilməsi və münaqişəyə son qoymaq yolunda addımlar atılır”, – deyə o, söyləyib.

Dövlət katibi həmçinin əlavə edib ki Vaşinqton administrasiyası təkcə məhbusları deyil, həmçinin həyatlarını itirənləri də ailələrinə qaytarmağa çalışır.

“Bütün məhbusları evlərinə qaytarmaq və həyatını itirənləri ailələrinə təhvil vermək bu prosesin əsas mərhələsidir. Biz bu prosesə qətiyyətlə sadiqik”, – deyə dövlət katibi vurğulayıb.

Göycə Göycəyev

 

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600