Bu gün Şokolad Günüdür

media-hightechnic-468x90

kjkoko11 iyul dünyada Beynəlxalq Şokolad Günü kimi qeyd olunur.

Bu ənənənin əsası Fransada qoyulsa da, sonradan müxtəlif Avropa ölkələrində yayılmağa və mütəmadi olaraq qeyd olunmağa başlayıb. Qonşu ölkə Rusiyada da bu gün xüsusi festivallar, tədbirlər keçiriləcək. Amerika qitəsi isə bu bayramı fərqli tarixdə – 9 sentyabrda qeyd edir.

Kakao çəyirdəklərinin xəlbirlə əzilməsi çox səs-küylü olduğundan “choco” – səs-küy sözü və su mənasını verən “atle” sözlərindən yaranıb. İspaniyalıların ABŞ-a gəldikləri dövrdə kitabların yandırılması prosesindən sonra tam dəqiq məlumat qalsa da, araşdırmaçılar şokoladın yaranma tarixinin hələ eramızdan əvvəl 1500-cü ilə təsadüf etdiyini düşünürlər. Hələ mayyalılardan öncə, olmeklərin bu məhsulu hazırlamağı bacarmaları bunu təsdiqləyir. Çünki kakao sözü olmek dilindən alınmadır.

Mayyalılar kakaoya xüsusi dəyər verirdilər. Onlar bu bitkini ilahiləşdirib, onlara Allah tərəfindən göndərilən bir hədiyyə olduğunu düşünürdülər. Kakaonun elmi adı “Theobroma Cacao” – “Tanrıların yeməyi” kimi tərcümə olunur.

Yeməli şokolad XIX əsrin ortalarında İngiltərə və İsveçrədə meydana çıxmağa başlayıb. 1828-ci ildə Van Houten adlı bir holland usta kakao çəkirdəklərini presləyərək əldə etdiyi yağdan bəzi maddələri çıxardıb, məhsulu dəyirmanda üyüdüb kakao tozu əldə edib. İlk şokolad 1876-cı ildə İngiltərədə istehsal edilib. Belə ki, isveçrəli Daniel Peter süddəki suyun miqdarını azaldıb, xalis südlü şokoladı yaradıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600