!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il 56,7 min şəxsə əlillik təyin edildi

!Reklam – Yazi

Bu il 56,7 min şəxsə əlillik təyin edilib.

Yenicag.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2022-ci ildə görülən işlərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əlilliyin qiymətləndirilməsinin elektron infrastruktur üzərindən, səhiyyə müəssisələrinin e-sistemə daxil etdiyi göndərişlər əsasında, vətəndaş-məmur (ekspert) təması olmadan həyata keçirilib: “Əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarların tətbiqindən sonra 14 063 şəxsə orqanizmin funksiyalarının pozulması faizinə əsasən əlillik təyin edilib. Həmçinin cari ildə Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 48 650 şəxsə tibbi və sosial-psixoloji reabilitasiya xidməti göstərilib ki, bu da ötən ilə nisbətən 6 dəfə çoxdur. Həmçinin bu il əlilliyi olan 26,6 mindən çox şəxsin 57,8 min reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib”.

COP29

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv