Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 12 milyon 642 min ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 9,5 faiz daha aşağıdır.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hasil olunan təbii qazın həcmi isə 9 milyard 245,4 milyon kubmetr təşkil edib. Həmin qazın 6 milyard 284,8 milyon kubmetrini əmtəəlik təbii qazdır. Cari ildə təbii qaz hasilatı 6,9%, əmtəəlik qaz hasilatı 0,2 faiz azalıb.
İlin ilk dörd ayında Azərbaycanın mədənçıxarma sənayesində istehsalının ümumi dəyəri 8,9 milyard manat olmaqla 2016-cı ilin müvafiq dövrünə nisbətdə 7,4 faiz azalıb.
Yeniçağ.Az