Rusiya XİN əməkdaşı dövlətə xəyanətə görə həbs edildi
ABŞ-a missiyası zamanı Amerika kəşfiyyatına məxfi məlumatlar ötürən Rusiya Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı Arseniy Konovalov dövlətə xəyanətdə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
Yenicag.az xəbər verir ki, belə bir qərarı Moskva şəhər məhkəməsi çıxarıb.
“Moskva Şəhər Məhkəməsi 2024-cü ilin mart ayında FSB əməkdaşları tərəfindən xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyinə görə saxlanılan 1987-ci il təvəllüdlü Rusiya vətəndaşı Arseniy Sergeyeviç Konovalovu təqsirli bilib… Məhkəmənin qərarı ilə A.S. Konovalov ittiham üzrə təqsirli bilinərək 12 il müddətinə maksimum təhlükəsizlik koloniyasında cəza, 100.000 rubl cərimə və bir il azadlıq məhdudiyyəti ilə cəzalandırılıb”, – deyə bəyanatda bildirilir.












