Bu İnşaat Mağazalar şəbəkəsi qanunvericiliyi pozdu - QƏRAR

media-hightechnic-468x90

OMİD İnşaat Mağazalar şəbəkəsi barəsində reklam haqqında qanunvericiliyin pozulmasında ittiham edilir.

Yenicag.az xəbər verir ki, şirkət barəsində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

OMİD MMC Dövlət Reklam Agentliyinin protokolu barəsində məhkəməyə şikayət edib. İşə Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Şikayət təmin olunmasa, sözügedən maddə ilə şirkət 5 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək./qaynarinfo

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600