Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu insanlar fəstfud yesə də, kökəlmir - SƏBƏB

İnsanda Visfatin hormonunun yoxluğu piyli qidalarıın istifadəsi zamanı kökəlməməyə kömək edir.

Yenicag.az bildirir ki, bu barədə “MedicalXpress” nəşriyyatı  Kopenhagen Universitetinin bioloqlarının tədqiqatlarının nəticələrinə əsasən məlumat yayıb.

Araşdırmalar zamanı alimlər siçanları iki qrupa bölüblər.  Birinci qrup gəmiricilərdə Visfatin hormonunu tamamilə siliblər. Bundan sonra siçanları əvvəlcə adi qaydada qidalandırıblar, sonra isə onlara pizza və hamburgerlər veriblər.

Bir müddətdən sonra gəmiriciləri müqayisə edən alimlər, maraqlı nəticələrə nail olublar. Belə ki, Visfatin hormonunun silinmədiyi siçanlarda güclü piylənmə gedib. Digər  gəmiricilərdə isə heç bir kökəlmə müşahidə olunmayıb.

Bundan başqa, onların orqanizminin qanda qlükozanın səviyyəsinə daha yaxşı nəzarət etdiyi məlum olub.

Alimlər düşünürlər ki, bu tədqiqat piylənmə ilə mübarizədə irəliləməyə kömək edəcək.

Daha əvvəl Yenicag.az fəstfud və başqa piyli qidaların tez-tez istifadəsinin sonsuzluğa gətirib çıxardığına dair məqalə ilə çıxış etmişdi.

Zaur H.

www.yenicag.az

1209
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS